Zelenski - Tramp arasında görüş baş tutub
Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri - Donald Trampla Vladimir Zelenskinin görüşü başlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Tramp Zelenskini Ağ Evdə qarşılayarkən jurnalistlər ondan ukraynalılara mesajını soruşublar.
Tramp qısa cavab verib:
"Biz onları sevirik".
Həmçinin Zelenski Trampa Ukraynanın birinci xanımı Yelena Zelenskayanın ABŞ-ın birinci xanımı Melaniya Trampa məktubunu təqdim edib.
“Ukraynanın birinci xanımı bu məktubu verdi. Amma sizə yox – sizin xanımınıza”, - deyə Zelenski zarafatla bildirib və bu, gülüşə səbəb olub.
***
Görüşün mətbuata açıq hissəsi başa çatıb.
Liderlər bağlı qapılar arxasında müzakirələri davam etdirirlər.