00:00:00
Yazar
Admin User
16.09.2025 06:56 142 1 dəq oxuma
Dünya

Zelenski Trampı Rusiyaya qarşı sanksiyalarla bağlı aydın mövqe tutmağa çağırıb

Zelenski Trampı Rusiyaya qarşı sanksiyalarla bağlı aydın mövqe tutmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin rəhbəri Donald Trampı Rusiyaya qarşı sanksiyalar və ölkəsi üçün təhlükəsizlik zəmanətləri ilə bağlı aydın mövqe tutmağa çağırıb.

 

"İnformator.az" xəbər verir ki, V.Zelenski bu barədə "Sky News"a müsahibəsində bildirib.

 

O, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmerin bu həftə dövlət səfəri zamanı Trampla Ukraynanın gələcəyinin təmin edilməsi məsələsini ətraflı müzakirə edəcəyinə ümidvar olduğunu deyib.

 

Bundan başqa, Ukrayna Prezidenti ABŞ liderini qəti surətdə şəxsi tədbirlər görməyə çağırıb.

 

"Hesab edirəm ki, Donald Tramp bizi kifayət qədər hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər, ABŞ-də bu sistemlər kifayət qədərdir. Əminəm ki, ABŞ kifayət qədər sanksiyalar tətbiq edə bilər", - o vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər