Zelenski Trampla görüşmək üçün ABŞ-dədir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a a bildirib ki, Ukrayna-Rusiya müharibəsinin hələ ki, tez bir zamanda bitməsini proqnozlaşdırmaq çətindir:
"ABŞ-nin Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün müharibənin taleyininin müsbət həll olunacağına hələ ki, əhəmiyyətli təsirini güman etmirəm. Bu, sadəcə Rusiya Prezidenti ilə Trampın görüşünün təfərrüatlarının və çıxan nəticənin Zelenski ilə müzakirəsi xarakteri daşıyır. Ancaq hər halda ümumi işin xeyrinədir. Ona görə ki, ABŞ-Ukrayna münasibətlərində yaxınlaşma, daha da əhəmiyyətli məsələlərin həllində qərarlı addımların atılmasına gətirib çıxa bilər. Müharibəni davam etməyi əslində istəmirlər. Amma Rusiyanın böyük iddiaları, Ukrayna ərazilərindən çəkilməməsi vəziyyəti dalana aparır. ABŞ-nin Prezidenti Donald Trampın Ukraynaya güzəştli təkliflər təklif etməsi də Avropa dövlətlərinin tərəfindən məqbul satılmaya bilər. Əgər Rusiya və Ukrayna öz mövqeyindən çəkilməsələr müharibə davam edəcək. Əsasın Avropa İttifaqının üzv dövlətləri zamanla Rusiyanın daxildən sarılaraq çəkilməyə məcbur olacağı anı gözləyir. Yəni, Ukrayna torpaqlarını Rusiyaya verib çəkilməyi qəbul etməyəcəklər. ABŞ-nin isə maraqları başqadır. O hətta Rusiya ilə də əlaqələr qurmaqda, iqtisadi, ticari münasibətlərin davam etməsi üçün lap Ukraynanın yarısını da Rusiyaya verməyi təklif edə bilər, yetər ki, müharibə dayansın. Ancaq bunu da Zelenski qəbul etməz təbii ki. Hər halda Rusiya Prezidenti ilə ABŞ Prezidentinin Alyaskadakı görüşü də göstərdi ki, bu məsələ ətrafında o qədər də ciddi səylər yoxdur. Ümumiyyətlə bu müharibənin yaxın zamanda durması və problemin tam həlli yaxın perspektivdə görünmür".
Fatimə Heydərova