00:00:00
Yazar
Admin User
06.08.2025 18:41 91 1 dəq oxuma
Dünya

Zelenski Trampla nə haqda danışdığını açıqlayıb

Zelenski Trampla nə haqda danışdığını açıqlayıb

Hamımızın uzunmüddətli və etibarlı sülhə ehtiyacı var.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığından sonra bildirib.

 

"Tərəfdaşlarla ortaq mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır. Bu, ədalətli son olmalıdır. Söhbətdə Avropa liderləri də iştirak etdi və mən onların hər birinə dəstəklərinə görə minnətdaram. Biz Moskvada səsləndirilən fikirləri (Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş nəzərdə tutulur - red.) müzakirə etdik", - Ukrayna Prezidenti söyləyib.

 

Zelenski vurğulayıb ki, Ukrayna öz müstəqilliyini mütləq qoruyacaq:

 

"Hamımızın uzunmüddətli və etibarlı sülhə ehtiyacı var. Rusiya özünün başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər