Zelenski Ukraynanın təhlükəsizlik zəmanətlərini açıqlayıb
Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı üç əsas istiqaməti açıqlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib:
“Ukraynanın təhlükəsizliyi üç əsas bloka əsaslanır:
1. Orduda hazırkı sayın qorunması, Ukrayna, Avropa və ABŞ istehsalı olan silahlarla təminat;
2. Təkrar təcavüz olacağı təqdirdə NATO tərəfdaşlarının köməyinə dair müqavilələr;
3. Rusiya əleyhinə sanksiyalar və dondurulmuş rus aktivlərindən Ukraynanın bərpası üçün istifadə”.