00:00:00
Yazar
Admin User
04.10.2025 18:22 116 1 dəq oxuma
Dünya

Zelenskidən Rusiya ilə bağlı mühüm qərar

Zelenskidən Rusiya ilə bağlı mühüm qərar

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı bir neçə yeni qərar imzalayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat verib.

 

O bildirib ki, birinci sərəncam rusiyalı iş adamlarına aid olan sanksiyaların uzadılmasıdır. İkincisi Rusiyanın hərbi sənaye müəssisələrinə, yəni dron və komponentlər istehsalçılarına, üçüncüsü isə Rusiyanın neft sektoru ilə əlaqəli şəxslərə və şirkətlərə aiddir.

 

“Rusiyaya qarşı hərtərəfli təzyiq siyasətimizi davam etdiririk. Biz həmçinin Avropa Birliyindən yeni sanksiyalar - 19-cu paketi və ABŞ-dan müvafiq addımlar gözləyirik”, - deyə Zelenski qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər