00:00:00
Yazar
Admin User
27.08.2025 06:03 73 1 dəq oxuma
Dünya

Zelenskidən Rusiya zirvəsi üçün Türkiyə ilə görüş mesajı

Zelenskidən Rusiya zirvəsi üçün Türkiyə ilə görüş mesajı

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə Rusiya ilə mümkün bir zirvəyə ev sahibliyi edə biləcək Türkiyə, Avropa və Körfəz ölkələri ilə görüşməyi planlaşdırdığını açıqlayıb.

 

Zelenski, “Telegram” kanalında videomüraciət yayımlayıb. O, bu gün Britaniya hərbi rəsmiləri ilə Rusiya müharibəsi mövzusunda görüş keçirdiyini bildirərək deyib:

 

“Bu həftə Rusiya ilə danışıqlar üçün platforma ola biləcək Türkiyə, Körfəz ölkələri və Avropa ölkələri ilə təmaslarımız olacaq. Bizim tərəfimizdən bu müharibəni bitirmək üçün hər şey hazır olacaq".

 

Zelenski, ABŞ başda olmaqla dünya liderlərinin sülh üçün Rusiyaya təzyiq göstərməsinin vacibliyini vurğulayıb:

 

“Rusiyanın göndərdiyi yeganə siqnal, real danışıqlardan yayınmaq niyyətidir. Bu isə yalnız sanksiyalar, güclü gömrük rüsumları və ciddi təzyiqlərlə dəyişə bilər", – deyə o bildirib.

 

Ukrayna Prezidenti əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüş 21 avqustda baş tuta bilər və görüşün Türkiyə, İsveçrə və ya Avstriyada keçirilməsi ehtimal olunur.

 

TRT HABER

Solmaz Muradova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər