Zelenskinin BMT Baş Assambleyasındakı çıxışı
Ukrayna Prezidenti Volodimir Zelenskiy BMT Baş Assambleyasında çıxış edərək dünya ictimaiyyətinə sərt və aydın mesajlar verib.
Mövzu ilə bağlı “İnformator.az”a danışan siyasi ekspert Əhəd Məmmədli bildirib ki, müharibənin əsas zərbəsi hələ də Ukraynaya dəyir və əhalinin gündəlik həyatına, iqtisadiyyatına mənfi təsir göstərir:
“Avropa qazsız qalmadı. Putin hədə qorxusu ilə ‘sizi donduracağıq’ deyirdi, amma Avropada ciddi donma problemi yaşanmadı. İnsanlar üçün təsir edən qaliblərin çıxışıdır, məğlubların çıxışları isə çox vaxt elə də ciddi əks-səda doğurmur. Zelenskinin çıxışları, təəssüf ki, hazırda dünya siyasətində çox böyük təsir yaratmayacaq. Müharibənin gedişatını dəyişəcək əsas amil Rusiya tərəfinin geri çəkilməsi olacaq. Hazırda Avropa liderləri və beynəlxalq siyasi dairələr daha çox Putin və ABŞ tərəfinin mövqeyinə diqqət yetirirlər. Beynəlxalq ictimaiyyətin müharibənin dayandırılması üçün vahid mövqe nümayiş etdirməsi olduqca vacibdir, lakin hazırda bu istiqamətdə ciddi koordinasiya müşahidə olunmur. Ukrayna liderinin çıxışları daha çox rəmzi və moral dəstək xarakteri daşıyır, praktiki təsir üçün isə diplomatik və hərbi sahədə konkret addımların atılması zəruridir”.
Fatimə Hüseynli
