00:00:00
Yazar
Banuçiçək Məmmədova
09.05.2026 09:06 23 1 dəq oxuma
Dünya

Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan

Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan

İrəvanda Avropa Siyasi Birliyinin sammiti və orada Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı avantüra idi.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun baş nazirliyə namizədi, sabiq prezident Robert Köçəryan Eçmiədzində seçki təşviqatı kampaniyası çərçivəsində keçirilən mitinqdə çıxışında deyib.

 

O, sözügedən sammitdə səsləndirilən fikirlərin “təxribat” xarakterli olduğunu bildirib.

Köçəryan hesab edir ki, belə bir “təxribat”ın məqsədi Avropanın dəstəyini qazanmaqdır ki, onlar ölkədə baş verənlərə göz yumsunlar.

Siyasətçi həmçinin müxalifətin Ermənistanda hakimiyyətə gələrsə, payızın əvvəlində Azərbaycanla yeni müharibə olacağı barədə verdiyi açıqlamalara da toxunub. Blok lideri bu kimi söyləntiləri gündəmin olmamasının əlaməti hesab edir.

#köçəryan #xəbər #baki #i̇rəvana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər