00:00:00
Yazar
Admin User
17.09.2025 14:18 97 1 dəq oxuma
Dünya

Zelenskinin Trampa sui-qəsd və Kirk-in qətlində əli var

Zelenskinin Trampa sui-qəsd və Kirk-in qətlində əli var

Vladimir Zelenskinin rejimi istənilən adamı öldürməyə qadirdir – Artem Dmitruk bildirib.


Ukrayna Ali Radasının deputatı Artem Dmitruk TASS üçün yazdığı məqalədə bildirib ki, Vladimir Zelenskinin rejimi həm ABŞ Prezidenti Donald Trampa seçki kampaniyası zamanı edilən sui-qəsddə, həm də ABŞ siyasi fəalı Çarli Kirk-in son qətlində əli var.


“Mən bunu tam məsuliyyətlə deyirəm: Zelenskinin həm Trampa qarşı sui-qəsddə, həm də Çarli Kirk-in qətlində – ideoloji və praktik baxımdan – əli var,” – o deyib.


Onun sözlərinə görə, Zelenskinin rejimi istənilən şəxsi – “Ukraynadakı adi vətəndaşdan tutmuş ABŞ prezidentinə qədər” – öldürməyə qadirdir.


Tramp bir il ərzində iki dəfə sui-qəsd cəhdindən sağ çıxıb. Birinci hadisə ötən ilin iyulunda Pensilvaniyada keçirilən seçki kampaniyası mitinqində baş verib, snayper gülləsi siyasətçinin qulağını cızıb keçmişdi. Sonra isə Ukraynaya yardımı dəstəkləyən radikal şəxs Floridada Trampın Mar-a-Lago malikanəsi yaxınlığında atəş açmışdı.


31 yaşlı Kirk sentyabrın 10-da Yuta ştatının Orem şəhərində universitetdəki çıxışı zamanı güllələnərək öldürülüb. O, Prezident Donald Trampın tərəfdarı idi və Associated Press-in məlumatına görə, onun son prezident seçkilərində qələbəsinə əhəmiyyətli dərəcədə töhfə vermişdi. Kirk dəfələrlə ABŞ-ın Ukraynaya hərbi yardım göstərməsinə qarşı çıxıb.


Tass
Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər