"Zirə" və "Araz"dan qələbə
Azərbaycan Premyer Liqasının III turunda "Zirə" "Kəpəz"ə böyük hesabla qalib gəlib.
"İnformator.az" xəbər verir ki, görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, III turun daha öncə keçirilən "Neftçi" - "Turan Tovuz" matçında qonaqlar 1-0 qalib gəlib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib. Tura avqustun 31-də yekun vurulacaq.
***
"Qəbələ" səfərdə "Araz-Naxçıvan"la qarşılaşıb.
“Liv Bona Dea Arena"da baş tutan görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.