00:00:00
Yazar
Admin User
03.09.2025 15:47 117 1 dəq oxuma
Siyasət

Zəngəzura nəzarət edəcək ölkələr açıqlanıb

Zəngəzura nəzarət edəcək ölkələr açıqlanıb

Bu qərar Azərbaycan və Ermənistanın gələcəyinə müsbət təsir edəcək, əgər səmərəli istifadə etsələr.


Məsələ ilə bağlı politoloq Elman Vəliyev "informator.az"a bildirib ki, Ermənistan iqtisadi blokadadan çıxacaq, Azərbaycan isə resurslarını bazara çıxarmaqda sərbəstlik əldə edəcək.

 

"Nəzarəti Amerika həyata keçirəcək. Artıq yol “Tramp Yolu” adlandırılıb. Yəni Amerika uzunmüddətdən sonra Cənubi Qafqaza “zühur” edib. Əgər üçüncü tərəfin konflikt yaratmaq niyyəti olmasa sabitlik olacaq, Rusiya nəzarət etməyəcək. Bu da sabitlik işarəsidir".

Həmçinin ekspert bildirir ki, bu qərarın Mərkəzi Asiya üçün faydası olacaq.

"Onlar Azərbaycan üzərindən bu yol vasitəsilə yeni bazarlara çıxış əldə edəcək. İran üçün mənfi təsir olacaq. İmkanları məhdudlaşacaq. Türkiyə üçün daha faydalı olacaq. Qərbin bəzi dövlətləri üçün də təsiri olacaq. Fransa üçün ürəkaçan deyil. Çünki istəməzdi Amerika bölgədə olsun. Əslində bunu çox AB üzvü istəməzdi. Bu hadisə Rusiya üçün zərbə olub. Susqunluğunun səbəbi isə hələ də mənə məlum deyil . Amma tüstüsü yaxında çıxacaq".


Gülcan Salahova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər