QƏL­Bİ­MİZ­DƏ MİL­Lİ İF­Tİ­XA­RA YER VAR­­MI­­?-yox­­sa ye­­nə “va­­kan­­si­­ya” yox­­du­­r?

Bölmə: Maraqlı › ,
Tarix: 21:17 16.05.2025

 

Milli kimlik, tarixi yaddaş və ictimai məsuliyyət  Qərənfil Dünyaminqızının publisistik fəaliyyətində bu anlayışlar mərkəzdə dayanır. Onun yazıları yalnız keçmişə baxış deyil, həm də bu gün üçün cavab tələb edən sualların qoyuluşudur. Müəllif Azərbaycan ziyalısının düşüncə məsuliyyətini özündə daşıyaraq oxucunu təkcə məlumatlandırmır, həm də ayıldır, milli yaddaşa dönüş çağırışı edir. Aşağıdakı məqalədə Qərənfil Dünyaminqızı oxucunu təkcə tarixlə deyil, həm də bugünkü mənəvi boşluqlarla üz-üzə qoyur: qəlbimizdə milli iftixara yer varmı ? yoxsa hələ də “vakansiya” yoxdur? ( Vüqar Alışov)

 

Klas­­sik­­lə­­ri­­miz ya­­zır ki, “hər bir xalq üçün özü­­nü ta­­nı­­ma­­maq­­dan bö­­yük təh­­lü­­kə yox­­dur”. Biz də bö­­yük bir xalq ola­­raq özü­­mü­­zü ta­­nı­­maq üçün dü­­nə­­ni­­mi­­zi, keç­­mi­­şi­­mi­­zi, dos­­tu­­mu­­zu, düş­­mə­­ni­­mi­­zi ta­­nı­­ma­­lı­­yıq. Əks təq­­dir­­də dü­­nə­­ni­­miz­­də olan haqq işi­­miz dün­­ya­­ya haq­­sız ki­­mi təl­­qin edi­­lir. Haqq zora qur­­ban ve­­ri­­lir!

 

Şeyx Mə­­həm­­məd Xi­­ya­­ba­­ni ya­­zır­­dı ki, “Bə­­şə­­riy­­yət alə­­min­­də iki şey bir-bi­­ri­­lə hə­­mi­­şə mü­­ba­­ri­­zə­­də­­dir: haqq və zor. Dün­­ya­­da­­kı bü­­tün keş­­mə­­keş­­lər və xa­­ra­­ba­­lıq­­lar haqq və zo­­run düş­­mən­­çi­­li­­yi nə­­ti­­cə­­sin­­də­­dir. Zor haq­­qa ta­­be edil­­mə­­li­­dir”.

 

Biz isə uzun il­­lər bu ça­­ğı­­rış­­dan uzaq qa­­la­­raq, haq­­qı­­mı­­zı ara­­ma­­dan zo­­run “məh­­ku­­miy­­yə­­ti al­­tı­­na” dü­­şə­­rək düş­­mə­­nə “sən sev­­sən də se­­və­­cəm, sev­­mə­­sən də” sev­­da­­sı ilə “kö­­nül aç­­dıq”. Çün­­ki bö­­yük­­lə­­ri­­mi­­zin uzaq­­gö­­rən, ta­­ri­­xi hə­­qi­­qə­­ti əks et­­di­­rən, “nə­­sil­­lə­­rə və­­siy­­yət sə­­ciy­­yə­­si da­­şı­­yan” xə­­bər­­dar­­lıq­­la­­rın­­dan bi­­xə­­bər bö­­yü­­dük. Da­­hi Üze­­yir bəy de­­miş, “özü­­mü­­zü “əq­­rəb”lər­­dən qo­­ru­­maq” əvə­­zi­­nə on­­la­­rı süf­­rə­­mi­­zin ba­­şın­­da oturt­­duq, ev­­lə­­ri­­mi­­zin dü­­nən­­ki nö­­kər­­lə­­ri­­nin “qızla­­rı­­nı ev­­lə­­ri­­miz­­də “xa­­nım” et­­dik.

 

1906-cı il­­də “İq­­bal” qə­­ze­­tin­­də gör­­kəm­­li pub­­li­­sist Ömər Fa­­iq Ne­­man­­za­­də düş­­mə­­nin xis­­lə­­ti­­ni be­­lə bə­­yan edir­­di: “Heç bir an bi­­zi zə­­if, zə­­lil et­­mək­­dən ge­­ri dur­­ma­­ya­­caq­­lar. Gah für­­sə­­ti qə­­ni­­mət bi­­lib be­­şik­­də­­ki uşaq­­la­­rı­­mı­­zı doğ­­ra­­ya­­caq­­lar, gah iş­­lə­­ri­­nin məs­­lə­­hə­­ti üçün al­­çaq­­ca­­sı­­na yal­­va­­rıb ba­­rı­­şa­­caq­­lar. Am­­ma bil­­mə­­li ki, bu ba­­rı­­şıq gə­­lə­­cək­­də­­ki xa­i­­na­­nə rəf­­tar­­la­­rı­­na pər­­də çək­­mək üçün qu­­ru­­lan tül­­kü du­­za­­ğı­­dır. Bu­­ra­­sı­­nı yax­­şı bil­­mə­­li­­yik ki, er­­mə­­ni­­lər ilə nə cür hüsn-rəf­­tar, hət­­ta qar­­daş­­lıq be­­lə et­­sən on­­lar öz si­­ya­­si qəsd­­lə­­rin­­dən əl çək­­mə­­yə­­cək­­lər”.

 

Bu hə­­qi­­qə­­tin söy­­lə­­nil­­di­­yi za­­man­­dan yüz il­­dən çox vaxt ke­­çir. Bəs biz ney­­nə­­di­­k? Din­­lə­­dik­­mi, oxu­­duq­­mu, öy­­rən­­dik­­mi bö­­­yük­­­lə­­­ri­­­mi­­­zi­­­? Ta­­rix­­dən ib­­rət gö­­­tür­­­dük­­­mü­­­? “Əc­­dad­­la­­rı­­mı­­zın qan ba­­ha­­sı­­na hifz edib bi­­zə mi­­ras qoy­­du­­ğu zən­­gin tor­­pa­­ğı, fəxr edə bi­­lə­­cə­­yi­­miz mə­­nə­­vi, ədə­­bi ir­­si” qo­­ru­­ya bil­­­dik­­­mi­­­? “Bö­­yük Er­­mə­­nis­­tan” uğ­­run­­da sə­­lib yü­­rü­­şü­­nə çı­­xan­­la­­ra “...heç bir vaxt biz öz mil­­lə­­ti­­nin xa­­ra­­ba­­zar­­lı­­ğı və kü­­lü üzə­­rin­­də er­­mə­­ni mil­­lə­­ti­­nin sə­a­­dət və xoş­­gü­­za­­ran­­lıq qur­­ma­­sı­­na yol ver­­mə­­rik!” de­­yən Əh­­məd bəy Ağa­­oğ­­lu­­nun fə­­da­­kar­­lıq­­la ya­­rat­­dı­­ğı “Di­­fai”si­­nin yo­­lu­­nu da­­vam et­­­dir­­­dik­­­mi­­­?

 

“Düş­­mə­­nin qa­­ba­­ğı­­na düş­­mən ki­­mi çı­­xaq” de­­yən cüm­­hu­­riy­­yət­­çi­­lə­­ri­­mi­­zin ha­­ra­­yı­­nı eşit­­­dik­­­mi­­­? “Mə­­tin qəlb­­li, sa­­lim fi­­kir­­li”, “daş­­nak­­sut­­yun” ki­­mi qüv­­vət­­li mil­­li bir cə­­miy­­yət təş­­kil edib xa­­in qon­­şu­­la­­rı­­mı­­za öz hə­­də­­lə­­ri­­ni ta­­nı­­daq” de­­yə bə­­yan edən zi­­ya­­lı­­la­­rı­­mı­­zın ça­­ğı­­rı­­şı­­na səs ver­­­dik­­­mi­­­? 1918-ci il­­də qa­­nı­­mız, ca­­nı­­mız ba­­ha­­sı­­na qa­­zan­­dı­­ğı­­mız azad­­lı­­ğı­­mı­­zı qo­­ru­­maq, is­­tiq­­la­­lı­­mı­­zı ya­­şat­­maq üçün bir olub bir­­lə­­şə bil­­­dik­­­mi­­­?

 

De­­yir­­lər ki, “şəx­­siy­­yət­­siz xalq, ta­­rix yox­­dur. Mil­­lət, xalq şəx­­siy­­yə­­ti ilə ta­­nı­­nar”. Biz xal­­qı­­nı ya­­şa­­dan, “tə­­rəq­­qi və tə­­ka­­mü­­lü­­nü is­­ti­­qa­­mət­­lən­­di­­rən, mü­­ha­­fi­­zə və mü­­da­­fi­ə­­si­­ni təş­­kil” edən oğul­­la­­rı­­mı­­zı qo­­ru­­ya, ya­­şa­­da bil­­­dik­­­mi­­­? “Əc­­da­­dı­­nı, ta­­ri­­xi­­ni və türk bö­­yük­­lü­­yü­­nü se­­vən­­lə­­rə, ya­­şa­­dan­­la­­ra dəs­­tək ola bil­­­dik­­­mi­­­?”

 

Yox! Ək­­si­­nə “Di­­fai” ki­­mi sö­­zü və si­­la­­hı ilə er­­mə­­ni­­lə­­rə qar­­şı mü­­ba­­ri­­zə apa­­ran bir təş­­ki­­la­­tı ya­­ra­­dan Əh­­məd bəy Ağa­­oğ­­lu­­nu “mil­­lət­­çi” adı ilə uzun il­­lər söy­­dük, və­­tə­­nə həs­­rət qoy­­duq. “Və­­tə­­ni sev­­mək iman­­dan­­dır” de­­yib öm­­rü­­nü “bö­­yük türk dün­­ya­­sı­­nın mü­­ca­­hi­­di” ki­­mi fə­­da edən Əli bəy Hü­­seyn­­za­­də­­ni mil­­lə­­tin düş­­mə­­ni ad­­lan­­dır­­dıq. Bü­­tün öm­­rü­­nü xal­­qı­­nın azad­­lı­­ğı, döv­­lə­­ti­­nin müs­­tə­­qil­­li­­yi uğ­­run­­da qə­­rib di­­yar­­lar­­da, “mil­­li-mə­­də­­ni yük­­sə­­liş ol­­ma­­dan mil­­li qur­­tu­­luş ola bil­­məz” de­­yə sür­­gün­­lə­­rin, həbs­­lə­­rin qur­­ba­­nı olan on­­lar­­la, yüz­­lər­­lə və­­tən­­pər­­vər oğul­­la­­rı­­mı­­zı “xalq düş­­mə­­ni” adı ilə eli­­nə-oba­­sı­­na həs­­rət qoy­­duq.

 

Əs­­lin­­də elin­­də-oba­­sın­­da qa­­lan­­la­­rın da qəd­­ri­­ni bil­­mə­­dik. “Mad­­di və­­ziy­­yə­­tim ağır­­laş­­dı­­ğı üçün hət­­ta qə­­pik­­lə­­ri də say­­ma­­ğa” məc­­bu­­ram de­­yən, “ne­­çə-ne­­çə nəs­­lin dü­­şün­­cə qay­­na­­ğı, ib­­rət mək­­tə­­bi, if­­ti­­xar mən­­bə­­yi” olan Mir­­zə Cə­­li­­li öm­­rü­­nün son il­­lə­­rin­­də ac­­lı­­ğa məh­­kum et­­dik. Bü­­tün var­­lı­­ğı ilə si­­ya­­sət­­dən uzaq, əyil­­məz şəx­­siy­­yət olan, və­­tə­­ni­­nin, xal­­qı­­nın azad­­lı­­ğı ama­­lı ilə mü­­ba­­ri­­zə apa­­ran da­­hi Ca­­vi­­di Si­­bir çöl­­lə­­ri­­nə qur­­ban ver­­dik. Xal­­qı­­nın ta­­le­­yi­­ni dü­­şü­­nən, ni­­cat yo­­lu­­nu ax­­ta­­ran, var­­lı­­ğı­­nı bu yol­­da qur­­ban edən nur­­lu şəx­­siy­­yət­­lə­­ri­­mi­­zi böh­­tan və if­­ti­­ra yağ­­dı­­ran yal­­taq, məd­­dah, sat­­qın əli­­hey­­dər­­lər­­dən, mə­­şə­­di­­lər­­dən, ay­­na­­lar­­dan, hə­­mid­­lər­­dən hö­­ku­­mə­­lər­­dən, mu­­sa­­bə­­yov­­lar­­dan qo­­ru­­ya bil­­mə­­dik.

 

Mil­­lə­­tin ta­­le­­yi­­ni “əqil­­lə­­ri baş­­la­­rın­­da ol­­ma­­yıb göz­­lə­­rin­­də və qu­­laq­­la­­rın­­da” olan­­la­­ra tap­­şır­­dıq. On­­lar da Üze­­yir bəy de­­miş, “ci­­biş­­dan üçün ça­­lış­­dı­­lar”, mil­­lət üçün yox! Ba­­ğış­­la­­nıl­­maz xə­­ta­­dır bu. Ona gö­­rə də 20-ci yü­­zil­­li­­yin əv­­vəl­­lə­­rin­­də ya­­şa­­dı­­ğı­­mız fa­­ci­ə­­lə­­ri so­­nun­­da da ya­­şa­­dıq. Qa­­ra­­bağ mü­­ha­­ri­­bə­­si, Qan­­lı Yan­­var fa­­ci­ə­­si, Xo­­ca­­lı soy­­qı­­rı­­mı...

Fa­­ci­ə­­lə­­rə dü­­çar ol­­ma­­ğı­­mı­­zın sə­­bə­­bi­­ni hə­­lə o vaxt, 1915-ci il­­də “Ye­­ni iq­­bal” qə­­ze­­tin­­də “Nə­­yi­­mi­­zin vax­­tı­­dı­­r?” sər­­löv­­hə­­li mə­­qa­­lə­­sin­­də Üze­­yir bəy be­­lə açıq­­la­­yır­­dı: “Mil­­liy­­yət qəd­­ri­­ni bil­­məz­­lik­­dən irə­­li gə­­lən bu da­­xi­­li pə­­ri­­şan­­lıq biz mil­­lə­­ti öz­­gə­­lər ya­­nın­­da ba­­şı aşa­­ğı edir, adı­­mı­­zı “qey­­ri-mə­­də­­ni bir ca­­ma­­at” qo­­yub ki­­mi­­nin bi­­zə ya­­zı­­ğı gə­­lir, ki­­mi­­nin biz­­dən zəh­­lə­­si ge­­dir, bir pa­­ra­­sı da bi­­zim bu ha­­lı­­mız­­dan öz­­lə­­ri üçün mən­­fə­­ət qa­­za­­nır. Bi­­zim qey­­ri-qa­­bi­­li-is­­lah və tə­­rəq­­qi bir mil­­lət ol­­du­­ğu­­mu­­zu da id­­dia edən­­lər var­­dır”.

 

“Mil­­li qey­­rət sa­­hi­­bi” olan Mir­­zə Fə­­tə­­li Axund­­za­­də ya­­zır­­dı ki, “mə­­nim xal­­qı­­mın fit­­ri is­­te­­da­­dı bü­­tün Av­­ro­­pa xalq­­la­­rı­­nın fit­­ri is­­te­­da­­dın­­dan əs­­kik de­­yil”. Am­­ma la­­zım­­dır ki, bu is­­te­­da­­dı mil­­lət, xalq, və­­tən yo­­lun­­da sərf edə­­sən. Tə­­bii, bu gün müs­­tə­­qil Azər­­bay­­ca­­nın dün­­ya döv­­lət­­lə­­ri ara­­sın­­da han­­sı möv­­qe­­də ol­­du­­ğu­­nu söy­­lə­­mə­­yə eh­­ti­­yac yox­­dur, in­­ki­­şa­­fı göz qa­­ba­­ğın­­da­­dır. Prof. Ş.Hü­­sey­­nov de­­miş: “...sat­­qın­­la­­rı, ça­­pıb-ta­­la­­yan­­la­­rı da gö­­rü­­rük, ürə­­yi ya­­nan­­la­­rı, və­­ziy­­yə­­ti dü­­zəlt­­mə­­yə ça­­lı­­şan­­la­­rı da”.

 

Da­­hi Sa­­bir de­­miş: “Mil­­lət ne­­cə ta­­rac olur-ol­­sun, nə işim var?” de­­yən­­lə­­ri­­miz də var. Bu da on­­dan irə­­li gə­­lir ki, “mil­­lət­­pə­­rəst­­lik, mil­­li if­­ti­­xar ki­­mi ali və nə­­cib hiss­­lər hə­­lə bi­­zim qəl­­bi­­miz­­də yer tap­­ma­­yıb. Çün­­ki qəl­­bi­­miz baş­­qa hiss­­lər­­lə do­­lu­­dur və hə­­lə “va­­kan­­si­­ya” yox­­dur. Klas­­sik­­lə­­ri­­miz bir əsr bun­­dan əv­­vəl be­­lə söy­­lə­­yir­­di. Bəs gö­­rə­­sən bu gün ne­­cə, qəl­­bi­­miz­­də mil­­li if­­ti­­xa­­ra yer var, yox­­sa hə­­lə ye­­nə də “va­­kan­­si­­ya” yox­­dur ???

 

Qə­rən­fil Dün­ya­min­qı­zı