Suriya ölkənin cənubunda İsrailin bufer zonası yaratmağına razılaşıb

Tarix: 00:44 18.05.2025
İordaniyada keçirilən son danışıqlarda Suriyanın yeni hökuməti ölkənin cənubundakı bufer zonaya nəzarəti İsrailə verməyə hazır olduğunu bildirib.
“İnformator.az” xəbər verir ki, bu barədə Livanın "Al-Akhbar" qəzeti mənbəyə istinadən məlumat verib.
Qeyd olunur ki, söhbət hazırda İsrail ordusunun (SAXAL) nəzarətində olan təxminən 1% ərazidən gedir.
Qəzetin yazdığına görə, Suriya 600 kilometrlik bufer zonasına nəzarətdən imtina etməyə razılaşıb.