ABŞ-lə ədalətli saziş istəyirik -Arakçı

Bölmə: Dünya › ,
Tarix: 12:23 18.05.2025

Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində ABŞ-la ədalətli və balanslı nüvə sazişi əldə etmək istəyir.

 

"İnformator.az" xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.

 

 

 

 

“Biz ədalətli və balanslaşdırılmış - İranın nüvə sahəsində hüquqlarına tam hörmətlə yanaşan və sanksiyaların tam ləğvinə aydın təminat verən saziş istəyirik”, - Arakçı bildirib.