Beyləqanda maşın rayonun giriş qapısına çırpılıb

Bölmə: Hadisə › ,
Tarix: 12:26 18.05.2025

Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

"İnformator.az" APA-ya istinadla xəbər verir ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.

 

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.

 

Faktla bağlı araşdırma aparılır.