Papa XIV Leonun andiçmə mərasimi başlayıb

Tarix: 12:56 18.05.2025
Vatikanda yeni Papa XIV Leonun andiçmə mərasimi başlayıb, o, artıq xüsusi avtomobil ilə Müqəddəs Pyotr meydanından keçib.
"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki, tədbirə 156 ölkədən və beynəlxalq təşkilatlardan nümayəndə heyətləri və təmsilçilər dəvət olunub.
Ənənəyə görə, pontifikə iki reqaliya verilməlidir: balıqçı üzüyü (Papa üzüyü) və pallium (qoyun yunundan xaçlarla naxışlı lent).
XIV Leo taxta çıxması münasibətilə Sikstin kapellasında messanı (ibadəti - red.) icra edəcək.
Xatırladaq ki, mayın 8-də amerikalı kardinal Robert Prevo yeni Papa seçildi və XIV Leo adını alıb.