Dünya futbol tarixinin ən yaxşı qapıçısı bəlli olub

Tarix: 16:06 18.05.2025
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Lev Yaşini futbol tarixinin ən yaxşı qapıçısı elan edib.
"İnformator.az" xəbər verir ki, bu barədə qurumun saytında məlumat yer alıb.
Reytinqin ikinci pilləsində italiyalı qapıçı Canluici Buffon yer alıb. Almaniyalı qapıçı Manuel Noyer isə üçüncü olub.
Onluğa İker Kasilyas, Qordon Benks, Peter Çex, Dino Zoff, Zepp Mayer, Rikardo Samora və Oliver Kan da daxil olub.