İdman xərçəng müalicəsinin yan təsirlərini azalda bilir

Bölmə: Maraqlı › ,
Tarix: 23:27 23.05.2025

 

 

Yeni tədqiqat fiziki fəallığın ürək və sinir zədələnmələri ilə beyin sisi kimi təsirləri yüngülləşdirdiyini göstərib. 

 

Xərçəng müalicəsinin yaratdığı mənfi təsirlərin idmanla yüngülləşdirilə biləcəyi bildirilib. Bu nəticəyə indiyə qədər aparılmış ən genişmiqyaslı elmi araşdırmalardan biri çatıb. 

 

Çin Tibb Universitetinə bağlı Şençinq Xəstəxanasının rəhbərliyi ilə aparılan tədqiqatda, 2012–2024-cü illər arasında nəşr edilmiş təsadüfi kontrollu eksperimentlərin məlumatları bir araya gətirilib.

British Journal of Sports Medicine jurnalında dərc olunan bu icmal işində 80 elmi məqalədən əldə olunan 485 müxtəlif nəticə təhlil edilib. Bütün nəticələrin orta və yüksək keyfiyyətdə olduğu bildirilib.

 

Tədqiqat nəticələrinə görə; aerobika və müqavimət məşqləri, yüksək intensivlikli intervallı idman, tayçi və yoqa kimi fəaliyyətlər, xərçəng müalicəsinə bağlı inkişaf edən ürək və sinir zədələnmələri, beyin sisi (kognitiv pozulma) və tənəffüs çətinliyi kimi yan təsirləri əhəmiyyətli dərəcədə azalda bilir.

 

Bundan əlavə, idmanın insulin səviyyəsi, insulinə bənzər böyümə faktoru və C-reaktiv protein kimi mühüm bioloji göstəricilərdə müsbət dəyişikliklər yaratdığı vurğulanıb.

 

TRT XƏBƏR

Lalə Qurbanlı