Ordumuzda “Ən yaxşı snayper” adı uğrunda yarış

Bölmə: Maraqlı › ,
Tarix: 19:09 26.05.2025

Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında keçirilib.

 

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

 

6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “İxtisas atışı”, “Məqbul atışı”, “Snayper müdafiədə”, “Snayper hücumda” və digər çalışmalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

 

Yarışın yekununda qalib komandalara mükafatlar təqdim olunub.