ASEAN Çin və Körfəz ölkələri ilə sammitlərə başlayır

Bölmə: Dünya › ,
Tarix: 20:55 27.05.2025

10 üzvdən ibarət olan regional blok iqtisadi dayanıqlığı artırmaq məqsədilə Çin və Körfəz Əməkdaşlıq Şurası ilə ilk üçtərəfli sammit keçirməyə hazırlaşır. Cənub-Şərqi Asiya liderləri ticarətdən asılı olan iqtisadiyyatlarını ABŞ-nin sərt tarif siyasətindən qorumaq üçün Çin və altı üzvü olan Körfəz Əməkdaşlıq Şurası (GCC) ilə görüşlər təşkil edir.

 

Sammit Malayziyanın paytaxtı Kuala Lumpurda, ASEAN-ın 10 üzvünün illik toplantısının ikinci günündə baş tutur. Bruney, Kamboca, Laos, Myanma, Filippin, Sinqapur, Tayland və Vyetnamın daxil olduğu blokun sədrliyi hazırda Malayziyada cəmlənib. ASEAN və Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Körfəz Əməkdaşlıq Şurası liderlərinin ayrıca görüşlərindən sonra birgə sammit təşkil olunur. Malayziyanın Baş naziri Ənvər İbrahim toplantını açaraq bildirib ki, iki blok arasında sıx əməkdaşlıq dayanıqlı inkişaf və davamlı rifah üçün mühüm əsas yaradır.

 

Baş nazir yazılı açıqlamasında bildirib ki, hazırkı mürəkkəb qlobal vəziyyət geosiyasi dəyişikliklərlə müşayiət olunur. ABŞ-nin birtərəfli tarif addımları isə beynəlxalq ticarət münasibətlərini daha da gərginləşdirir. O qeyd edib ki, proteksionizmin artması çoxtərəfliliyi zəiflədir və dünya yeni bir iqtisadi mərhələyə daxil olur.

 

Mənbə:Al Jazeera
Qəmər Kazımzadə