Tbilisidəki teleqüllə və "Sülh körpüsü" Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Bölmə: Maraqlı › ,
Tarix: 23:54 28.05.2025

28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə Tbilisi şəhərinin ən hündür parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki "Sülh körpüsü" Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

"İnformator.az" xəbər verir ki, Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılan televiziya qülləsi və "Sülh körpüsü" şəhərə xüsusi gözəllik verib.