Korrupsiya ilə mübarizə: hüquqi mexanizmlər

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:08 05.06.2025

Korrupsiya — dövlətin, cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təhdid yaradan bir hadisədir. Dövlət idarəçiliyində şəffaflığın azalmasına, ictimai etimadın sarsılmasına və hüquqi bərabərliyin pozulmasına səbəb olur. Korrupsiya ilə mübarizə yalnız inzibati tədbirlərlə deyil, eyni zamanda hüquqi mexanizmlərlə həyata keçirilir.

 

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı bir sıra qanunlar qəbul olunub:

 

“Korrupsiya ilə mübarizə sistemli xarakter daşımalıdır. Sistem elə qurulmalıdır ki, ictimai nəzarət təmin olunsun. Ən vacib qanunlardan biri 2005-ci ildə qəbul olunan “Dövlət qulluqçularının öz gəlirlərinin bəyan edilməsi haqqında” qanundur. Bu qanuna əsasən, dövlət məmurları və onlarla birlikdə yaşayan ailə üzvləri ildə bir dəfə gəlirlərini bəyan etməlidirlər. 

 

Hüquq-mühafizə orqanlarının əksəriyyəti də korrupsiyaya uğramış qurumlardır. Bu vəziyyətin əsas səbəblərindən biri ictimai nəzarətin olmamasıdır.

 

Ən dəyərli və diqqət çəkən varlıqlardan biri daşınmaz əmlakdır".

 

Çimnaz Telmanqızı