Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:48 13.08.2025

Bu yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 789 milyon 356 min 900 manat təşkil edib.

 

Bu barədə "İnformator.az"a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.


Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 % çoxdur. Ticarət şəbəkəsində 405 milyon 729 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 383 milyon 627 min 500 manatlıq qeyri-qida məhsulları satılıb.