Bir ayda dünyada 57 milyard dollarlıq çip satılıb

Tarix: 16:26 06.06.2025
Aprel ayında qlobal çip satışları ötən ilin eyni ayı ilə müqayisədə 22,7 faiz artaraq 56,96 milyard dollar təşkil edib.
“İnformator.az” xəbər verir ki, məlumat Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) hesabatında yer alıb. Bildirilir ki, mart ayı ilə müqayisədə bu göstərici 2,5% artıb.
Apreldə Şimali və Cənubi Amerikada satışlar ötən ilin eyni ayı ilə müqayisədə 44,4 faiz, Çində 14,4 faiz, Asiya-Sakit okean və digər regionlarda 23,1 faiz, Avropada onlar 0,1 faiz, Yaponiyada 4,3 faiz artıb.
Şimali və Cənubi Amerikada çip satışı mart ayı ilə müqayisədə 1,1 faiz, Yaponiyada 0,6 faiz azalıb. Bununla yanaşı, Çində satışlar 5,5 faiz, Avropada 0,5 faiz, Asiya-Sakit okean regionunda 5,3 faiz artıb.
SIA Amerika yarımkeçirici sənayesinin təxminən 99 faizini və digər ölkələrin çip istehsalçılarının təxminən 66 faizini təmsil edir.