Rutte və Tusk Trampla Ukrayna üzrə danışıqlara qatılacaq

Bölmə: Dünya › ,
Tarix: 22:42 12.08.2025

NATO-nun baş katibi Mark Rutte, Polşanın Baş naziri Donald Tusk və digər Avropa liderləri avqustun 13-də ABŞ Prezidenti Donald Trampla Ukraynadakı vəziyyətlə bağlı onlayn danışıqlarda iştirak edəcəklər.

 

Bu barədə "İnformator.az" xarici KİV-ə istinadən xəbər verir.

 

Görüş Almaniya kansleri Fridrix Mertsin təşəbbüsü ilə avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti ərəfəsində baş tutacaq. Bir neçə raundda keçiriləcək danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iştirak edəcək. Aİ-nin xarici işlər naziri Kaya Kallas daha əvvəl deyib ki, Avropa liderləri Trampı “Avropa və Ukraynanın maraqlarını müdafiə etməyə” çağırmaq və Moskvaya güzəştə getməmək, təzyiq dilindən istifadə etmək niyyətindədirlər.