Qazıntılarda tapılan günəş saatı nümayiş etdirilib

Tarix: 18:58 06.06.2025
Türkiyənin Qars şəhərində UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Ani Ören yerində aparılan qazıntılar zamanı tapılan təxminən 1000 illik günəş saatı yerli və xarici turistlərin ziyarətinə açılıb.
Qurulduğu gündən bəri 23 sivilizasiyaya ev sahibliyi etmiş; məscid, kilsə, katedral kimi dini məkanlarla yanaşı, tarixi tikililər və mədəni sərvətləri özündə cəmləşdirən Ani, Qafqazlardan Anadoluda ilk giriş qapısı olmaq xüsusiyyəti ilə də xüsusi əhəmiyyət daşıyır. Sivilizasiyaların yaşamış olduğu 85 hektarlıq sahəyə qurulan qədim şəhər Ani, əhalisinin mühüm bir hissəsinin yaşadığı 1500-ə yaxın yeraltı tikililərlə keçmişə işıq tutur. Surlar, məscid, katedral, saray, kilsələr, monastırlar, hamam, körpü və bir hissəsi dağılan qapalı keçiddən ibarət təxminən 25 mühüm tikilinin ayaqda qaldığı Ani-də hər dövr qazıntı işləri aparılır.
TRT Haber
Billurə Quliyeva