İsrail ordusu İranın cənub-qərbindəki hava hücumlarında hərbi obyektləri vurduğunu iddia edib

Bölmə: Dünya › ,
Tarix: 23:22 21.06.2025

İsrail ordusu İranın cənub-qərbindəki hücumlarda onlarla hərbi obyekti vurduğunu iddia edib.

 

Ordunun etdiyi açıqlamada, 30 müharibə təyyarəsinin hava hücumlarında ballistik raket qurğularının saxlandığı obyekt, radar sahəsi və hərbi infrastrukturun hədəfə alındığı iddia edilib.


Bəyanatda, İsrail döyüş təyyarələrinin Əhvaz şəhərində onlarla hərbi obyektə 50-yə yaxın bomba atdığı iddia edilib. Bildirilib ki, gün ərzində İranın Əhvaz, Dezful və Məhşəhr şəhərlərində güclü partlayış səsləri eşidilib.

 

Mənbə: TRT Haber
Zəhra Möhübbətova