Tramp administrasiyası uğursuzluğa düçar olub

Tarix: 23:45 21.06.2025
Kolumbiya Universitetinin fəalı Mahmud Xəlil, üç aydan çox immiqrasiya həbsindən azad edildikdən sonra Tramp administrasiyasının Fələstin tərəfdarlarının səslərini basdıra bilmədiklərini söyləyib.
Luiziana ştatındakı təcridxanadan Nyu Cersiyə qayıtdıqdan sonra BBC-yə deyib ki, “mənim varlığım Tramp administrasiyasına bir mesajdır”. “Fələstin tərəfdarlarının səslərini boğmaq üçün edilən bütün bu cəhdlər indi uğursuzluğa düçar olub”.
Cənab Xəlil keçən il Nyu-York universitetinin Fələstin tərəfdarı etirazlarında görkəmli səs idi və onun 8 martda həbsi Nyu York və Vaşinqtonda nümayişlərə səbəb olub.
ABŞ hökuməti onun fəallığının xarici siyasət maraqlarına zərər vurduğunu əsas gətirərək onu deportasiya etmək istəyir.
BBC
Nəzrin Məmmədova