Aİ ABŞ-nin ticarət tələblərini qeyri-real hesab edir

Tarix: 23:34 21.06.2025
Avropa İttifaqı (Aİ) ABŞ-nin ticarət danışıqları çərçivəsində irəli sürdüyü tarif tələblərini balanssız və qismən qeyri-mümkün hesab edir.
Vaşinqtonun tələbləri arasında Aİ-nin Dünya Ticarət Təşkilatının qaydalarına zidd saydığı balıq ixracı kvotaları ilə bağlı tədbirlər, qarşılıqlı olmayan tarif siyasətləri və qeyri-real hesab edilən bir sıra iqtisadi təhlükəsizlik tələbləri yer alır.
Bildirilib ki, razılıq əldə olunsa belə, ABŞ-nin bəzi tarifləri qüvvədə qalacaq.
Mənbə :Caliber
Aytən Ağazadə