Bu gün Ukrayna ərazisində 695 min rus əsgəri var-Zelenski

Tarix: 23:39 21.06.2025
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun bütün cəbhə xətti boyunca hər gün 200-ə yaxın hücum təşkil etdiyini deyib və əlavə edib ki, “bu gün Ukrayna ərazisində 695 min rus əsgəri var”.
Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsində baş verən hadisələrdən danışıb.
Müharibənin davam etdiyi barədə məlumatı paylaşan Zelenski Ukraynanın Sumı bölgəsində də gərgin toqquşmaların olduğunu qeyd edib.
Rusların bu bölgədəki cəbhə xəttinə hücumlarında əsasən Şimali Koreya istehsalı raketlərdən istifadə etdiyini qeyd edən Zelenski, "Cəbhədəki bütün hücum və bombardmanların 23 faizi Sumi istiqamətində həyata keçirilir" deyib.