Göz rəngini dəyişdirmək mümkündür!

Tarix: 13:42 25.06.2025
Göz rəngini daimi olaraq dəyişmək mümkündür. Bəs göz rəngi necə dəyişir? Hər hansı sağlamlıq riski varmı?
Dr. Birgi Sönmezer, son illərdə inkişaf etdirilən lazer yardımlı üsullarla artıq göz rənginin qalıcı olaraq dəyişdirilə biləcəyini söyləyib. Doktor Sönmezer tətbiqin həm estetik istəklərdə, həm də göz rəngi itkisi yaşayan xəstələrdə təsirli nəticələr verdiyini, yaşıl və mavi tonların ən çox tələb olunan rənglər arasında olduğunu açıqlayıb. Dünyada təxminən 15-20 ildir inkişaf etdirilən göz rənginin dəyişdirilməsi prosedurlarının son zamanlar təhlükəsizlik baxımından əhəmiyyətli bir irəliləyiş əldə etdiyini ifadə edən Doktor Birgi Sönmezer:
"Köhnə üsullarda bəzi çatışmazlıqlar var idi, amma indi lazer texnologiyası ilə bu əməliyyatı çox daha idarəli və təhlükəsiz şəkildə həyata keçirə bilərik",-deyib.
Doktor Sönmezer deyib:
"Öncə yaşı 18-dən yuxarı olan və göz sağlamlığı baxımından istəkli olan hər xəstəni müayinə edirik. Prosedur görmə qüsuru olanlara da tətbiq oluna bilər. Prosedurdan əvvəl və ya sonra hipermetropiya kimi vəziyyəti olanlar üçün əlavə müalicələr planlaşdırıla bilər".
Mənbə: CNN Türk
Zəhra Möhübbətova