Kral III Çarlz Trampı Böyük Britaniyaya dəvət edib

Bölmə: Dünya › ,
Tarix: 16:35 25.06.2025

Kral III Çarlz ABŞ prezidenti Donald Trampı 2025-ci ilin sonunda Böyük Britaniyaya dövlət səfərinə dəvət edib.

 

Bu barədə məlumatı Bukingem Sarayı yayıb.

 

Sarayın açıqlamasında bildirilir: “Əlahəzrət prezident Trampı uzun illərdir tanıyır və bu il onu, həmçinin birinci xanımı qarşılamağı səbirsizliklə gözləyir".

 

Qeyd olunur ki, bu səfərlə Donald Tramp müasir tarixdə Böyük Britaniya monarxı tərəfindən iki dəfə dövlət səfərində qəbul edilən ilk seçilmiş nümayəndədir.

 

Mənbə :Caliber

Aytən Ağazadə