Ombudsman Almaniyanın Federal Müvəkkilini Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb

Bölmə: Sosial › ,
Tarix: 17:06 25.06.2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasında bu ölkənin Federal Müvəkkili Lars Kastellucci ilə görüş keçirib.

 

Bu barədə "İnformator.az"a Ombudsman Aparatından məlumat verilib.

 

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev də iştirak edib.

 

Müvəkkil görüş zamanı insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, o cümlədən Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən fəaliyyət, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, informasiya əldə etmək, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülmüş işlər, Ombudsmanın mandatının genişləndirilməsi ilə bağlı Konstitusiya Qanununa edilmiş son dəyişikliklər haqqında ətraflı məlumat verib.


Ombudsman işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş mina terrorundan bəhs edərək, mövcud olan mina probleminin insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaratdığını, minadan əziyyət çəkənlər arasında uşaq və qadınların olduğunu, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına, regionda həyata keçirilən quruculuq işlərinə maneə törətdiyini bildirib. Müvəkkil dəfələrlə müraciət olunmasına baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə hələ də təqdim olunmadığını diqqətə çatdırıb.



Bölmədən digər xəbərlər
Qanunvericilik təşəbbüsləri üzrə təqdim olunmuş sənəd müzakirə olundu
25 iyun 2025-ci il tarixində İAQMBİ-də Qanunvericilik Təşəbbüsləri Qrupu tərəfindən hazırlanaraq Milli Koordinatora təqdim edilmiş qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair sənədin geniş müzakirəsi keçirilib.