NATO müdafiə öhdəliyini yenilənib

Tarix: 16:55 25.06.2025
Hollandiyada keçirilən qısa zirvə toplantısından sonra NATO-ya üzv ölkələrin liderləri bir-birlərini hücumdan müdafiə etmək öhdəliklərini yenidən təsdiqləyiblər. Görüş zamanı müttəfiqlər müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasına da dəstək veriblər.
Yayımlanan bəyanatda bildirilir ki, NATO 2035-ci ilə qədər hər bir üzv ölkənin ÜDM-inin 5 faizini müdafiə sahəsinə ayırması hədəfini təsdiqləyib. Bu addım ABŞ-nin sabiq prezidenti Donald Trampın uzun müddətdir irəli sürdüyü tələblə yanaşı, Avropada Rusiyanın təhlükəsizlik təhdidlərinin artmasına dair narahatlıqlarla bağlıdır.
Zirvə görüşündə çıxış edən Donald Tramp ABŞ-ın İrana qarşı son hücumlarının regionda sabitliyə töhfə verdiyini bildirib: “Fikrimcə, Qəzzada ciddi irəliləyiş əldə edilir və bu, bizim hücumlarımızın nəticəsidir”.
Mənbə: Al Jazeera
Türkan Kərimli