Azərbaycanın basketbol millisi Qazaxıstanda çempion olub

Bölmə: İdman › ,
Tarix: 17:00 25.06.2025

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atırau şəhərində keçirilmiş "Airom Cup" beynəlxalq turnirində çempion olub.

 

Bu barədə "İnformator.az"a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.


U-16 yarışın son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubunu 68:32, Rusiyanın "MBU Volqoqrad" komandasını isə 58:47 hesabı ilə üstələyib. Qeyd edək ki, milli çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıb.