Azərbaycan ABŞ iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfə artırıb

Tarix: 10:42 28.06.2025
Bu ilin l rübündə Azərbaycan Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatına 14,7 milyon dollar birbaşa investisiya qoyub.
“İnformator.az” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın ABŞ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 %-dən 4,7 %-ə çatıb.
Rüb ərzində ABŞ isə Azərbaycan iqtisadiyyatına 42,3 milyon dollar birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 31,1 % çoxdur.
Hesabat dövründə ABŞ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,1 %-dan 2,8 %-a çatıb.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 % çox) təşkil edib.