"Məxfi Materiallar"ın musiqisinin müəllifi vəfat etdi

Tarix: 08:18 05.07.2025
Dünyaca məşhur “Məxfi Materiallar” teleserialının əsas musiqinin müəllifi Mark Snou 78 yaşında vəfat edib.
"İnformator.az" “Variety” portalına istinadən xəbər verir ki, o, Konnektikutda evində ölüb.
Bildirilir ki, onun elmi-fantastik televiziya şousu üçün ərsəyə gətirdiyi açılış musiqisi 90-cı illərdə hitə çevrilib. Snou 15 dəfə Emmi Mükafatına namizəd olub (onlardan altısı "Məxfi Materiallar" filminə görə) və "Məxfi Materiallar" serialının 200-dən çox epizoduna musiqi bəstələyib. O, həmçinin "Smallville", "Ruhlarla danışan", "Onu Nikita adlandırırdılar", "Helter Skelter" və "Mavi Qan" kimi digər layihələr üçün saundtreklər yaradıb.