Dünya bazarlarında neftin qiyməti azalıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 10:12 05.07.2025

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,73% azalaraq 1 barelə görə 68,3 ABŞ dolları təşkil edib.

 

"İnformator.az" "APA-Economics”ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,76% azalaraq 66,49 ABŞ dollarına bərabər olub.