KİV: Niger-Burkina Faso sərhədində 10 əsgər həlak olub

Tarix: 08:25 05.07.2025
Nigerin Burkina-Faso ilə sərhədində atışma olub.
"İnformator.az" bu barədə AFP-yə istinadən xəbər verir.
Məlumata görə, atışma zamanı Nigerin 10 əsgəri həlak olub, daha 15-i yaralanıb.Qeyd edək ki, iki ölkənin sərhədində radikal silahlı qruplar fəaliyyət göstərir. Niger müntəzəm olaraq silahlıların hücumuna məruz qalır.