Millimizdən tarixi qələbə

Bölmə: İdman › ,
Tarix: 15:45 05.07.2025

Qızlardan ibarət basketbol üzrə U-18 millimiz ilk dəfə iştirak etdiyi Avropa Çempionatının B divizionunda uğurlu debüt edib.


"İnformator.az" "İdmanxeber.az" istinadən xəbər verir ki, yığmamız ilk qrup oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə ilə ölkə qadın basketbolu tarixində bir ilki reallaşdırıb.


Qeyd edək ki, millimizin qrupda növbəti oyunu 5 iyul Bakı vaxtı ilə saat 21:30-da Ukrayna seçməsinə qarşı baş tutacaq.