Qazaxıstan “Kaşağan” yatağından indiyədək 1 milyard barel neft hasil edib

Tarix: 19:46 05.07.2025
Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən “Kaşağan” yatağında istismarın başlandığı 2016-cı ildən 1 milyard barel neft hasil edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Şimali Xəzər layihəsinin operatoru olan "North Caspian Operating Company" açıqlama yayıb.
Məlumatda qeyd olunub ki, bu göstərici Şimali Xəzər layihəsinin sabit fəaliyyəti və inkişafını nümayiş etdirir və layihə Qazaxıstanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir.