Öncə “Sabah, sonra “Sele”

Tarix: 15:46 05.07.2025
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Sele” matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, Bakı klubunun mətbuat konfransı iyulun 8-də, saat 18:00-da, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 19:00-da başlayacaq.
Rəqib komandanın mətbuat konfransı iyulun 9-da, saat 18:30-da keçiriləcək. Ardınca isə saat 19:00-da ilk 15 dəqiqəsi media üçün açıq olan məşq baş tutacaq.
Həm mətbuat konfransları, həm də məşqlər “Bank Respublika Arena”da təşkil olunacaq.