Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək

Bölmə: Dünya › ,
Tarix: 08:52 07.07.2025

ABŞ prezidenti Donald Tramp BRICS siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə 10 faizlik ticarət rüsumlarının tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, o bu barədə "Truth Social" platformasında yazıb.

 

"BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə qarşı 10 faiz əlavə rüsumlar tətbiq ediləcək. İstisna olmayacaq", - Tramp qeyd edib.