Kremldən Bakı ilə bağlı mühüm açıqlama

Bölmə: Dünya › ,
Tarix: 14:11 07.07.2025

Moskva əmindir ki, Rusiya və Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır.

 

"İnformator.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

 

Peskov qeyd edib ki, Moskva ilə Bakı arasında yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir:

 

“Məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlar, müttəfiqlər və ortaq tarix, eləcə də ümumi gələcəyin birləşdirdiyi ölkələrdir və belə də qalmalıdır”.