ABŞ-nin Kaliforniya ştatında baş verən yanğınlar təxminən 34 min hektara yayılıb

Bölmə: Dünya › ,
Tarix: 12:27 08.07.2025

ABŞ-nin Kaliforniya ştatının San Luis Obispo və Riverside kimi bir sıra bölgələrində baş verən meşə yanğınları təxminən 34 min hektar əraziyə yayılıb.


Kaliforniya Meşə və Yanğından Mühafizə Departamentinin (Cal Fire) rəsmi saytında yerləşdirilən məlumatlara görə, 2 iyulda San Luis Obispo bölgəsində başlayan “Madre” yanğını təxminən 32 min hektardan çox sahəni əhatə edib və bu yanğının yalnız 35%-i nəzarət altına alınıb.


Riverside bölgəsində 29 iyun tarixində başlayan başqa bir yanğın isə təxminən 1000 hektarlıq sahədə davam edir və bu yanğının 95%-i nəzarət altına alınıb.


Digər tərəfdən, Riverside bölgəsindən başqa Siskiyou və Shasta bölgələrində də Green, Butler və Marble Complex adlanan yanğınlar baş verib və bu yanğınlar ümumilikdə 674 hektarlıq əraziyə yayılıb. Bu yanğınlardan Marble Complex yanğınının yalnız 5%-i nəzarət altına alınıb, digərləri isə hələ də davam edir.


TRT HABER
Solmaz Muradova