Ərdoğan Ukraynanın yeni səfirini qəbul edib

Bölmə: Dünya › ,
Tarix: 18:17 08.07.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın bu ölkəyə yeni təyin olunnmuş səfiri Nəriman Cəlalovu qəbul edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya Xidmətindən bildirilib.

 

Görüş zamanı səfir dövlət başçısına etimadnaməsini təqdim edib.


Qeyd edək ki, N.Cəlalov bu ilin may ayında Türkiyəyə səfir təyin olunub. O, bundan əvvəl Krım Tatar Milli Məclisinin sədr müavini vəzifəsini icra edirdi.