Ukraynanın hərbi kəşfiyyatı iddia edir ki, Rusiya Ermənistanda hərbi iştirakını artırır

Tarix: 12:55 08.07.2025
İrəvan ilkin açıqlamaları təkzib etsə də, Kiyev Rusiyanın Ermənistandakı ən böyük hərbi bazasında, Türkiyə sərhədinə yaxın ərazidə hərbi iştirakını artırmaq barədə, iddiaya görə, Rusiya ordusunun əmrini dərc edib.
Ukrayna Hərbi Kəşfiyyatı (GUR) bildirir ki, Rusiya Ermənistandakı hərbi mövcudluğunu artırır və gücləndirir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Ermənistandakı hərbi bazada hərbi iştirakını artırmaq barədə əmrini dərc edib. İddiaya görə, bu sənəd İrəvanın Kiyevin bu addımla bağlı ilk xəbərdarlığını təkzib etməsindən iki gün sonra dərc olunub.
5 iyulda Ukrayna hərbi kəşfiyyatı bəyan edib ki, Moskva Cənubi Qafqazda təsirini artırmaq və “qlobal təhlükəsizlik vəziyyətini qeyri-sabitləşdirmək” məqsədilə Gümrüdəki bazadakı qüvvələrini artırır.
Ermənistan Xarici İşlər Nazirliyi həmin gün bu bəyanatı təkzib edib. Bir neçə gün sonra GUR bir sənəd yayımlayıb və bu sənədin Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanı tərəfindən Ermənistandakı Rusiya hərbi bazasının “gücləndirilməsi” ilə bağlı verildiyini iddia edib.
Euronews
Fatimə Heydərova