Samuxda üç tondan artıq çətənə bitkisi məhv edilib

Bölmə: Hadisə › ,
Tarix: 13:01 12.07.2025

Samuxda yabanı halda bitən üç tondan artıq çətənə bitkisi məhv edilib.

"İnformator.az" xəbər verir ki, Samux rayonunda polis əməkdaşlarının "Xaşxaş-2025" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 3 ton 800 kiloqram olan 6 215 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.