Yevlaxda mübahisə qətllə nəticələnib

Bölmə: Sosial › ,
Tarix: 22:57 27.07.2025

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.


"İnformator.az" "APA"ya istinadən məlumatına görə, hadisə Yevlax şəhər ərazisində qeydə alınıb.

 

1962-ci il təvəllüdlü İlham Məmmədiyyə oğlu Mirzəyev 1978-ci il təvəllüdlü həmyerlisi Habil Kərim oğlu Kərimovu bıçaqlayıb.

 

Aldığı xəsarətlər nəticəsində Habil Kərimov həyatını itirib.

 

Qətli törətməkdə şübhəli bilinən İlham Mirzəyev Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.


Məlumata görə, hadisə baş verən zaman şübhəli şəxs sərxoş vəziyyətdə olub.



Bölmədən digər xəbərlər
“Xankəndi Hekayəsi” filminin təqdimatı — yaddaşları oyadan bir görüş
“Xankəndi Hekayəsi” filminin təqdimat mərasimi keçirildi. Tədbir, təkcə bir filmin nümayişi deyil, həm də yaddaşlara, keçmişimizə və gələcəyimizə bir baxış idi.